Naxçıvanda sənaye istehsalı 15 %-dən çox artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 378,4 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çoxdur.

9 aylıq sənaye məhsulunun 310,7 milyon manatlıq hissəsi və yaxud 82,1 %-i malların, 67,7 milyon manatlıq hissəsi və yaxud 17,9 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 76,6 %-i emal, 20 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 0,1 %-i mədənçıxarma sektorlarında istehsal olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: