Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 33,1 milyon manat əmanəti olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, əmanətlərin 93,6 %-i milli, 6,4 %-i xarici valyutada qoyulub.
Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 49,9 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 80,8 % artıb.
