Naxçıvanın xarici ticarət dövriyyəsi 5 %-ə yaxın azalıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi ümumi dəyəri 93,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % azdır.

9 aylıq ticarət dövriyyəsinin 10,3 milyon ABŞ dolları ixracın, 82,8 milyon ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 29,8 % artıb, idxal isə 7,8 % azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: