Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər

A- A A+

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin təxminən 45 milyard manat məbləğində proqnozlaşdırılan gəlirləri neftin büdcə qiymətinin 65 ABŞ dolları/barrel həddinə (baza ssenari) uyğundur.

NUHÇIXAN xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, neftin orta qiyməti 75 ABŞ dolları/barrel olsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,9 milyard manat təşkil edəcək, əksinə 55 ABŞ dollarıarrel olsa (pessimist ssenari) 43,1 milyard manat olacaq.

2029-cu ildə isə icmal büdcənin gəlirlərin neftin yuxarıda göstərilən qiymətlərindən asılı olaraq 50,4 milyard manat (baza ssenari), 53,7 milyard manat (optimist ssenari) və 48,3 milyard manat (pessimist ssenari) olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: