Naxçıvanda 9 ayda 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.

Hazırda muxtar respublika üzrə ümumilikdə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: