Naxçıvanda sahibkarlara 9 ayda 36 lisenziya verilib

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 36 lisenziya verib.

Bu barədə NUHÇIXAN-a nazirlikdən bildirilib.

Məlumata görə, verilmiş lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.

9 ay ərzində Naxçıvanın müvafiq qurumlarının verdiyi 6 500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 96,6 % çoxdur.

Son 1 ildə icazələrdən daxilolmaların məbləği isə 52,7 % artaraq 152,4 min manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: