Naxçıvanda sahibkarlara investisiya təşviqi sənədi verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasında investisiya təşviqi mexanizmləri vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərilməsi məqsədilə 2 sahibkarlıq subyektinin 2 layihəsinə investisiya təşviqi sənədi və 4 təsdiqedici sənəd verilib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bununla da, 600,4 min manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında Çin və Türkiyədən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: