Türkiyədə ən ucuz başa gələn elektrik enerjisi Günəşdən əldə ediləndir

A- A A+

Türkiyədə külək elektrik stansiyalarının quraşdırılma xərcləri 40 faiz, Günəş elektrik stansiyalarınınkı isə 77 faiz azalıb.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, quraşdırma xərclərinin azalması bu stansiyaların elektrik enerjisi üzrə istehsal xərclərini də azaldır.

Stansiyaların quraşdırılma xərclərindəki bu azalma Günəş enerjisi istehsalının maya dəyərini 69 faiz azaldaraq Türkiyənin ən ucuz istehsal edilən elektrik enerjisi mənbəyinə çevirib. Türkiyədə yeni tikiləcək Günəş elektrik stansiyasının istehsal dəyəri bir meqavat/saat üçün 43 dollar hesablanıb.

Bundan əlavə, Türkiyədəki son qərarla yerli kömür elektrik stansiyalarına bir meqavat/saat üçün 75 dollarlıq alış zəmanəti verilib. Bildirilib ki, bu qiymət son bir ildə elektrik enerjisinin orta satış qiymətindən 12 faiz, yerli kömür elektrik stansiyalarının orta elektrik enerjisi istehsalı xərclərindən isə 36 faiz çoxdur.

Qeyd olunub ki, bu təşviq dörd il ərzində yerli kömür elektrik stansiyalarına 8,7 milyard dollara qədər xərclənməsi ilə nəticələnəcək. Mövcud resursların şəbəkənin modernləşdirilməsinə və kömür əvəzinə Günəş elektrik stansiyalarına yönəldiləcəyi təqdirdə, Türkiyənin 2035-ci ilə qədər 120 giqavat bərpaolunan enerji hədəfinə çata biləcəyi vurğulanıb.

Türkiyənin Günəş enerjisi sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyi, lakin onun potensialından tam istifadə etmək üçün mühüm addımların atılmasının lazım olduğu qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: