Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.

NUHÇIXAN bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən 1,1 milyon manat gəlir əldə olunub, bunun 819 min manatı muxtar respublikanın büdcəsinə yönəldilib.

Hesabat dövründə dövlət əmlakının registrindən 143 çıxarış verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: