Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 7 min 733 daşınmaz əmlakı dövlət qeydiyyatına alıb.
Bu barədə NUHÇIXAN-a qurumdan bildirilib.
Məlumata görə, qeydiyyata alınmış əmlaklar arasında qeyri-yaşayış binaları, fərdi yaşayış və bağ evləri, həmçinin əmlak kompleksi kimi müəssisələr var.
9 ay ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,7 milyon manat xidmət haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.
Bundan əlavə, hesabat dövründə hüquqi və fiziki şəxslər, həmçinin notariat ofislərindən Dövlət Xidmətinə 5,4 mindən artıq elektron müraciət daxil olub. Bu isə 1 il əvvələ nisbətən 12,2 % çoxdur.