Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən ümumi dövlət xidmətlərinə 3 milyard 170,1 milyon manat xərclənib.
NUHÇIXAN bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 191 milyon manat və yaxud 5,7 % azdır.
Hesabat dövründə ümumi dövlət xidmətləri xərclərinin 80,3 %-i icra edilib.
Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən ümumi dövlət xidmətləri xərclərinə 3 milyard 946,3 milyon manat ayrılıb.