Cari ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 45,5 faiz artıraraq 184,8 tona çatdırıb.
NUHÇIXAN ARDNF-nin cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, ABŞ dolları portfelinin (70 milyard 160,3 milyon dollar) 22 milyard 982,9 milyon dollarlıq hissəsini (32,8 faiz) qızıl investisiyaları təşkil edir.
Qeyd edək ki, ötən ilin eyni dövründə qızıl ehtiyatları 127 ton təşkil edib.