TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

A- A A+

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Bakıda keçirilmış Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasının yekunlarına dair Bəyannamə qəbul edilib.

NUHÇIXAN xəbər verir ki, iclasda özəl sektorun iqtisadi əməkdaşlıq formatlarına daha fəal cəlb olunmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, biznes strukturları ideyaların, texnologiyaların və investisiyaların mənbəyi kimi iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməlidirlər. İstehsal müəssisələri, tədqiqat mərkəzləri və startap ekosistemləri bir araya gələrək regionda sənayenin dayanıqlı inkişafını və innovativ artımın əsasını gücləndirə bilər. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə texnologiya platformasının qurulması təklif olunub.

Şimal və Cənub, Şərq və Qərb arasında strateji coğrafi mövqeyə malik TDT ölkələrinin bu üstün potensialdan və Orta Dəhlizin artan imkanlarından səmərəli faydalanmasının vacibliyi diqqətə çatdırılıb.

İclasda işçi qrupunun 1 illik fəaliyyəti barədə məlumat verilib. Üzv ölkələr arasında tanışlıq və təcrübə mübadiləsi prosesinin uğurla həyata keçirildiyi qeyd edilib, irəli sürülən təşəbbüslərin önəmi diqqətə çatdırılıb.

TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 3-cü İclasının növbəti il Qazaxıstanda keçirilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: