Naxçıvan Təlim Mərkəzi ilk dəfə “Microsoft Excel” təliminə başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının inkişafı istiqamətində yeni bir addım ataraq yeni “Microsoft Excel” təliminə start verib. Oktyabrın 24-də keçirilən açılış sessiyasında iştirakçılara Excel proqramının əsas funksiyaları, məlumatların emalı və təhlili, info cədvəllərin və hesabatların hazırlanması ilə bağlı ilkin biliklər təqdim olunub. Təlim zamanı proqramın dövlət idarələrində iş proseslərini sürətləndirməsi, hesabatların optimallaşdırılması və analitik düşünmə bacarıqlarının inkişafındakı əhəmiyyəti xüsusi vurğulanıb.

Təlimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarını təmsil edən 11 nümayəndə iştirak edir. Təxminən bir ay davam edəcək proqram təcrübəli təlimçi Qönçə İsmayılovanın rəhbərliyi ilə həyata keçirilir. Təlim müddətində iştirakçılar praktiki tapşırıqlar və real iş nümunələri üzərində işləyərək Excel vasitəsilə məlumatların idarə edilməsi və analitik təhlil bacarıqlarını təkmilləşdirəcəklər. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunacaq.

Biznes, akademik və idarəetmə sahələrində geniş tətbiq olunan Microsoft Excel, istifadəçilərə böyük həcmli məlumatları effektiv şəkildə idarə etməyə, hesabatlar hazırlamağa və qərarvermə prosesini asanlaşdırmağa imkan verir. Bu proqramın peşəkar səviyyədə mənimsənilməsi dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, iş proseslərinin avtomatlaşdırılmasına və müasir idarəetmə tələblərinə uyğunlaşmaya xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: