Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb.
NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13 faiz çoxdur.
Doqquz ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 23,5 faiz çoxdur.
