Bu ilin 9 ayında dövlət istiqrazları üzrə ödənişlərin məbləği 4,5 milyard manatı ötüb

A- A A+

Oktyabrın 1-nə dövriyyədə olan 7,987 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

NUHÇIXAN Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazları üzrə orta ödəmə müddəti 3,52 təşkil edib.

Bu ilin doqquz ayında dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, illik təkrar maliyyələşdirmə həcmlərinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə orta ödəmə müddətinin əhəmiyyətli səviyyədə artmasına səbəb olub.

Doqquz ayda dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 449,9 milyon manat vəsait istifadə edilib. Bu ilin əvvəlindən etibarən dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması yolu ilə təkrar maliyyələşdirmə risklərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz edilməsi və bir sıra vaxtı çatan dövlət istiqrazlarının təkrar maliyyələşdirilməsi hesabına 3 milyard 131,9 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Doqquz ayda 1 milyard 439,6 milyon manat məbləğində əsas borc ödənişləri isə dövlət büdcəsinin və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına investorlara geri ödənilib. Beləliklə, bu il ərzində dövlət istiqrazları üzrə ümumilikdə 4 milyard 571,5 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: