Azərbaycan və Qazaxıstanın artan ticari əlaqələrini nəzər alsaq, iki ölkə arasında françayzinqin uğurlu modellerinin tətbiqi çox vacibdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, françayzinq institutu orta sahibkarlara, biznes qurumlarına öz dəstəyini göstərəcək.
“Qazaxıstanda KOB-lar inkişaf edir və biz çalışırıq ki françayzinqin uğurlu modelindən istifadə edərək bu sahənin inkişafına dəstək göstərək, ABŞ bazarında da aktiv formada təmsil olunaq. Françayzinqdən istifadə, həmçinin xərclərin qənaət olunmasına təsir göstərə bilər. Biz Qazaxıstanda və türk dövlətlərində françayzinqin uğurlu modellərini təşviq etmək istəyirik. Bir türk brendinin yaradılması vacib nüanslarından biridir. Bu brendi Avropa, Afrika və digər qitələrdə təmsil edərək bu ölkələrin bazarlarına girə bilərik. Biz artıq rəqəmsal həlləri franzçayzinqin inkişafında da tətbiq etməliyik" - deyə A.Bicanova qeyd edib.
