İrakli Kobaxidze: Ermənistan ilə Azərbaycan arasında sülh bizim hamımızın iqtisadi inkişafında çox mühüm rol oynayır

A- A A+

Gürcüstan regionda sülhün təşviqi baxımından çox mühüm rol oynayıb. Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması, bizim iqtisadi tərəfdaşlığımız hamımızın iqtisadi inkişafında mühüm rol oynayır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına müsahibəsində bildirib. Gürcüstan hökuməti başçısının fikrincə, bu, həm də Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verəcək.

“Düşünürəm ki, sülh sazişi son dərəcə vacibdir. Gürcüstanın iqtisadi tərəfdaşları iqtisadi inkişafımızda həlledici rol oynayır. Ona görə də biz şadıq ki, bu ölkələr arasında sülh əldə olunub. Bu, ölkələrimizin iqtisadiyyatının güclənməsi üçün vacibdir”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, son zamanlar ölkədə yüksək iqtisadi artım var və bu, üç ölkə arasında sülhün və əməkdaşlığın əlamətidir: “Ona görə də biz eyni istiqamətdə hərəkət etməliyik. Bu, Gürcüstanın üç ölkəyə baxışıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: