Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

A- A A+

Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 53 min 4929 vergi ödəyicisi olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Vergi ödəyicilərinin 94,8 %-i fiziki şəxslər, 5,2 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı %, şirkətlərin sayı isə 4,7 % artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 % artaraq 1 713 vahid olub. 10 ayda kommersiya qurumlarının 86,9 %-i elektron, 13,1 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: