Nazir müavini: Gələn il üzrə proqnozlaşdırılan büdcə gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür

A- A A+

Büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir. Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 12-də Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu baxımdan büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: