Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 7 312 icazə reyestrdə qeydiyyata alınıb.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,2 % çoxdur.
10 ay ərzində verilmiş icazələrdən dövlət büdcəsinə daxilolmalar 173,1 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 47,1 % çoxdur.
Hesabat dövründə sahibkarlara həmçinin 38 lisenziya verilib.
