Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 10 milyard 650 milyon manat dəyərində dövlət istiqrazları,
2 milyard 352,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 181,8 milyon manat dəyərində səhmlər, 1 milyard 173,2 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 3 milyard 131,9 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 200,8 milyon manatlıq korporativ istiqrazları, 1 milyard 169,2 milyon manatlıq Mərkəzi Bankın notları və 192 milyon manatlıq səhmlər yerləşdirilib.
2025-ci ilin yanvar-sentyabr aylarında nominal dəyəri 4 milyard 344,4 milyon manat olan dövlət istiqrazları, 860,7 milyon manatlıq korporativ istiqrazları, 93,9 milyon manatlıq səhmlər və 43,2 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.
