Bu ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımalarında artım müşahidə olunub

A- A A+

Bu ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 5,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198,3 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,0 faizi dəmir yolu, 0,2 faizi hava, 61,5 faizi avtomobil nəqliyyatı ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7 faiz artıb. Qeyd olunub ki, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9 faiz təşkil edib.

Bundan başqa 2025-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1785,0 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 89,0 faizi real sektor 50 avtomobil nəqliyyatı, 10,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr aylarında 14,0 milyon ton yük, 8265,6 min sərnişin daşınıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 19,1 faiz artım müşahidə olunub. Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 7724,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Yüklərin 48,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 10842,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8579,3 min tonunu və ya 79,1 faizini tranzit yüklər təşkil edib. 2025-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 420,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,0 faiz azalaraq 21,3 min nəfər olub.

Qeyd olunub ki, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 122,0 milyon ton yük, 1588,7 milyon sərnişin daşınıb və 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 6,0 faiz və 6,2 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edin. Yük dövriyyəsi 7,4 faiz, sərnişin dövriyyəsi isə 8,4 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,5 faiz azalaraq 184,5 milyon nəfər olub. Bundan başqa hava nəqliyyatı ilə 3476,1 min və ya və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 5,6 faiz azalaraq 322,0 min ton olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: