Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 1087,7 manat olub

A- A A+

2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3843,9 manat, qeyri-neft-qaz sektorunda 1036,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,7 manat, özəl müəssisələrdə isə 1115,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: