Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2025-ci il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 794,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əmanətlərin 68,3 faizi milli, 31,7 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,9 faiz artıb.
