Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 faiz artıb

A- A A+

Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayının nəticəsi olaraq 16,2 faiz artıb və dövrün sonunda 82,5 milyard ABŞ dolları təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu göstərici tarixi maksimum olmaqla ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlılığını əks etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: