Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir.
Əmlak Məsələləri Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 46 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 929 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 118,8 milyon manat təşkil edib. Həmçinin yanvar-oktyabr ayları ərzində 562-si qeyri-yaşayış, 3610-u torpaq sahələri üzrə olmaqla 4172 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 38,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 157,4 milyon manat vəsait daxil olub.
