Ermənistan prezidenti: Tramp marşrutundan regionun bütün dövlətləri istifadə edə bilər

A- A A+

Trampın Beynəlxalq Sülh və Rifah Naminə Marşrutu (TRIPP) Zəngəzur dəhlizi Gürcüstan ərazisindən yükdaşımalara nəinki maneə olmayacaq, əksinə, kömək göstərəcək. Bu marşrutdan Ermənistanla yanaşı, İran, Türkiyə və Rusiya da faydalana bilər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ermənistanın prezidenti Vaaqn Xaçaturyan Gürcüstan səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, beynəlxalq əhəmiyyət daşıyan bu layihə regionun heç bir ölkəsinin nəqliyyat və tranzit potensialını azaltmır, əksinə artırır. Regionun bütün dövlətləri bu marşrutdan istifadə edib iqtisadi inkişafı stimullaşdıra bilərlər”, - deyə Ermənistan prezidenti vurğulayıb.

V. Xaçaturyan diqqətə çatdırıb ki, Gürcüstan regionda sülhün, sabitliyin dayanıqlı olmasında maraqlıdır və bu istiqamətdə atılan addımlara dəstək göstərməyə hazırdır. “Əgər biz həqiqətən də regionda sülhün hökm sürməsini istəyiriksə, onda buna nail olacağıq”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: