Bu il Permdən Azərbaycana 152 min kubmetrdən çox meşə məhsulu ixrac edilib

A- A A+

Cari ilin yanvarın 1-dən noyabrın 24-dək Perm diyarından Azərbaycana 152,66 min kubmetr meşə məhsulu ixrac edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurtiya Respublikası və Perm diyarı üzrə İdarəsi məlumat verib.

Bildirilib ki, noyabrın 24-də “Rosselxoznadzor” mütəxəssisləri Azərbaycana göndərilən növbəti 1,7 min kubmetr həcmində meşə materialı partiyasının yola salınmasına nəzarət ediblər. Bütün məhsullar Federal Dövlət Büdcə Təşkilatının “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi”nin Perm filialında laboratoriya analizindən keçirilib.

Tədqiqatların nəticələri karantin zərərvericilərinin olmadığını, həmçinin məhsulun idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğunu təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: