Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti 680,2 min dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz azdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr sayında bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ixrac gəlirləri 867,5 min dollar olub.
