Sahil Babayev: "Azərbaycan güzəşt və azadolmaların qiymətləndirilməsi üçün silsilə addımlar atır"

A- A A+

Azərbaycan tətbiq edilən güzəştlərin və azadolmaların qiymətləndirilməsi, onların səmərəliliyinin nəzərə alınması və digər bu kimi tədbirlərin həyata keçirilməsi istiqamətində silsilə addımlar atır.

NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, artıq nazirliyin yaratdığı elektron azadolma sistemi vasitəsilə güzəştlərin nəticələri mütəmadi qiymətləndirilir, səmərəlilik parametrləri əsasında o güzəştlərin müddətinin uzadılmasına və yaxud uzadılmamasına dair qərarlar qəbul edilir.

"Vergi seqmentində təklif etdiyimiz digər güzəştlər də müzakirə olundu. Bu büdcə zərfi təkcə belə deyək, gəlir vergisi ilə məhdudlaşmır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərimizdə ən güzəştli rejim tətbiq edir. İctimai iaşədə ƏDV və sadələşdirilmiş vergi üzrə əlavə güzəştlər təqdim edilir. Aqrar və media güzəştləri genişləndirilir. Sadələşdirilmiş vergi limiti nağdsız ödənişlərdə 200 min manatdan 400 min manata qaldırılır. Turizmə müxtəlif güzəşt mexanizmləri tətbiq edilir. Yəni, iqtisadiyyatın əksər sektorları üçün əlavə güzəştlər, xüsusilə iqtisadi aktivliyi stimullaşdırmaq üçün tədbirlər nəzərdə tutulur", - deyə nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: