Naxçıvandan Türkiyəyə ixracın həcmi 25 %-ə yaxın artıb

A- A A+

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % artaraq 47,8 milyon ABŞ dolları təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvanda keçirilən 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda yerli iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.

Onun sözlərinə görə, son 1 ildə muxtar respublikadan Türkiyəyə ixracın dəyəri 24,8 % artıb. Türkiyə Naxçıvanın xarici ticarət dövriyyəsində 46,5 % payla ilk yeri tutub: "Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib".

Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini Türkiyə şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: