Naxçıvanda biznesin genişlənməsi üçün 138 layihəyə 22 milyon manat güzəştli kredit ayrılıb

A- A A+

Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli çoxsaylı layihələrin icrasına start verilib. 

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu”nda çıxışı zamanı bildirib. 

Nazirin sözlərinə görə, cari ilin 11 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: