Kazım Hüseynəliyev: “2026-cı ildən Naxçıvan sahibkarları üçün yeni vergi, gömrük və sosial güzəştlərin tətbiq olunması nəzərdə tutulur”
“Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb. Güzəştlərin 2026-cı ilin yanvarından tətbiqi nəzərdə tutulur".
NUHÇIXAN xəbər verir ki, bunu “2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu”nda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev deyib.
Onun sözlərinə görə, bu paket regionda fəaliyyət göstərən iş adamları üçün əlavə üstünlüklər yaradacaq, həm istehsal, həm də ixrac imkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühiti formalaşdıracaq.
