Naxçıvanda vergi daxilolmaları 15 % artıb

A- A A+

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 233 milyon manat vergi daxil olub.

NUHÇIXAN bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 14,9 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 71,5 %-i qeyri-dövlət sektorunun, 28,5 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 166,6 milyon manat təşkil edib. 2024-cü ilin 11 ayına nisbətən bu sektordan vergi daxilolmaları 21,6 % çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: