Ordubadda Ermənistanla sərhəddən dəmiryollarının yenidən qurulmasına başlanılıb

A- A A+

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə layihələndirmə işlərini yekunlaşdırıb.

Bunu ADY sədrinin müavini Arif Ağayev NUHÇIXAN-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib: "Tikinti prosesi ümumilikdə 188 km uzunluğunda dəmir yolu xəttini əhatə edir və məqsəd müasir tələblərə uyğun yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır".

A.Ağayev bildirib ki, əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton olacaq.

O əlavə edib ki, bu il avqustun 8-də Vaşinqtonda Prezident tərəfindən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə razılaşmanın imzalanması bu sahədə növbəti tarixi nailiyyətlərdən biridir: "Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsinin bərpası nəzərdə tutulur. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalar üçün strateji marşrut sayılır və eyni zamanda Şimal–Cənub nəqliyyat dəhlizinin əsas halqalarından birini təşkil edəcək".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: