"S&P": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 3,9 %-ni təşkil edəcək

A- A A+

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏB) profisiti 2025-2028-ci illərdə ildə orta hesabla ÜDM-in 3,5 %-ni təşkil edəcək.

NUHÇIXAN-ın məlumatına görə, bu qiymətləndirmə "S&P Global Ratings"in beynəlxalq reytinq agentliyinin proqnozlarında göstərilib.

"S&P"nin qiymətləndirməsinə görə, 2025-ci ilin yekunlarına əsasən CƏB profisiti ÜDM-in 3,9 %-ni, 2026-2027-ci illərdə ildə ÜDM-in 3,4 %-ni, 2028-ci ildə isə ÜDM-in 3,3 %-ni təşkil edəcək.

Agentliyin 2026-cı il üçün neftin qiymətləri üzrə baza proqnozu bir barel üçün 60 ABŞ dolları, 2027-2028-ci illər üçün isə bir barel üçün 65 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın tədiyə balansının CƏB profisiti 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.

Bu ilin I yarısında Azərbaycanın tədiyə balansının CƏB profisiti 2,3 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib. Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 3,7 milyard ABŞ dolları olacağını gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: