Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın 6-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Naxçıvan-Şərur magistral yolu istiqamətindəki yaşıllıq sahələrində keçirilən ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziriliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində 1000-ə yaxın ərik, badam, alma və digər növ ting əkilib, suvarma işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verməkdir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: