Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanlarını müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ-yə səfər çərçivəsində "Ağ Ev"in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşdük. ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyini vurğuladıq", - deyə nazir qeyd edib.
R.Nəbiyev görüşdə həmçinin süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.
