Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq məsələləri müzakirə edilib - FOTOLAR
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü Boris Tadiç ilə görüşüb.
Komitədən NUHÇIXAN-a bildirilib ki, görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məsələləri müzakirə edilib, mərkəzin forumda iştirakının əhəmiyyəti xüsusilə vurğulanıb.
Həmçinin 2026-cı il yanvarın 15-16-da Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə səmimi fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2026-cı il mayın 17-22-də Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar (WUF13) hazırlıq prosesi davam edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin bu istiqamətdə rəsmi görüşləri ardıcıl şəkildə həyata keçirilir.