Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin nizamnamə kapitalı 1 180 929 648 manat müəyyənləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu, yeni kommersiya qurumunun Nizamnaməsində öz əksini tapıb.
Fondun nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 1 180 929 648 ədəd adi səhmdən ibarətdir.
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Onların saxlanılmasını və idarə olunmasını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
