Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

A- A A+

2025-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub.

Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3,2 faiz artaraq 3159,8 manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: