Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 % çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 %-i malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 76,9 %-i emal, 19,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
