Naxçıvanın xarici ticarətdə ixracı 32 %-ə yaxın artıb

A- A A+

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 113 milyon 277 min 120 ABŞ dolları təşkil edib.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikanın xarici ticarət dövriyyəsi 1,3 % artıb.

Ticarət dövriyyəsinin 12 milyon 780 min 860 ABŞ dollarını və ya 11,3 %-ini ixrac olunmuş məhsulların, 100 milyon 496 min 260 ABŞ dollarını və ya 88,7 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib. İllik müqayisədə idxal 4,3 % azalıb, ixrac isə 31,6 % artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: