Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 36,1 milyon manat əmanəti olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 1 il əvvələ nisbətən 57,2 % çoxdur.
Əmanətlərin 93,9 %-i milli, 6,1 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 55,4 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 92,8 % artıb.
