Azərbaycan "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlığı müzakirə edib

A- A A+

Azərbaycan və "Meta" şirkəti arasında rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

NUHÇIXAN xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "Meta" şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüşdə olub.

"Görüşdə Azərbaycanın "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: