Azərbaycan məhsullarının Çində satış imkanları müzakirə edilib - FOTOLAR

A- A A+

Azərbaycanda istehsal edilən məhsulların Çinin rəqəmsal və pərakəndə ticarət şəbəkələrində satış imkanlarını müzakirə edib.

Bu barədə NUHÇIXAN İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, bu müzakirələr AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan "Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade" və tərəfdaşı "Wuyan Jiangsu Biotechnology" şirkətlərinin nümayəndələri Azərbaycana səfəri zamanı aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin bir sıra regionlarında kənd təsərrüfatı və kimya sənayesi üzrə fəaliyyət göstərən qida, şərab və kosmetik məhsul istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Yerli müəssisələrlə keçirilən görüşlərdə Azərbaycan məhsullarının Çinə ixrac imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: