Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb

A- A A+

2025-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb.

NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 milyard dollar), portfel investisiyaları (1,3 milyard dollar) və digər investisiyalar (2,2 milyard dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415,9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-305,2 milyon dollar), neft bonusu (450,2 milyon dollar), portfel investisiyaları (-33,7 milyon dollar) və digər investisiyalar (304,6 milyon dollar) hesabına formalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: