Azərbaycanın qızıl bazarında idxal həcmləri tarixi maksimuma yaxınlaşıb

A- A A+

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4 milyard 515,1 milyon ABŞ dolları dəyərində 44 min 441 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

NUHÇIXAN-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 760,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 7 min 104 kiloqram (-46 %), Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 6 min 784 kiloqram (+3,4 dəfə), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 458,8 milyon ABŞ dolları dəyərində (-1 %) 4 min 453 kiloqram (-25 %), İsveçrədən 396,3 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 454 kiloqram (+75 %) qızıl alıb.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Bu ilin 11 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 276,82 milyon ABŞ dolları dəyərində 3 min 971 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 69 % və 15 % çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: