Nazir: On bir ayda özünüməşğulluq proqramına 16 mindən çox şəxs cəlb olunub

A- A A+

Bu ilin 11 ayında özünüməşğulluq proqramına 16,5 min nəfər cəlb olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Güc biznesindir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

“Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlar yaratmaq üçün vəsaitlər verilir. Həmin ailələrdən 8,7 min nəfəri kənd təsərrüfatı, 7,8 min nəfəri isə istehsal-xidmət istiqamətləri üzrə məşğulluğa cəlb edilib. Həmçinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi də uğurla icra olunur. Layihənin birinci fazasında 26 min nəfər vəsaitlərlə təmin edilib, 2026-2029-cu illəri əhatə edəcək ikinci faza üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcək”, - deyə nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: